AZ

MCP "Ana harayı" abidəsini ziyarət edib

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin 33-cü ildönümüdür.

“Cebheinfo.az” xəbər verir ki, Milli Cəbhə Partiyası soyqırım qurbanlarının xatirəsini yad etmək üçün "Ana harayı" abidəsini ziyarət edib.

Ziyarətçilər abidə önünə gül dəstələri qoyaraq, Xocalı soyqırımında şəhid olanların ruhlarına dualar oxuyub, əziz xatirələrini ehtiramla yad ediblər.

“Cebheinfo.az”

Seçilən
6
cebheinfo.az

1Mənbələr