AZ

Azərbaycan Prezidenti İlham Əliyev Tayyib Ərdoğana zəng edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da prezident Rəcəb Tayyib Ərdoğana zəng edib.

Azərbaycanın dövlət başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, Türkiyənin inkişafı naminə prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Dövlət başçıları ölkələrimiz arasında “Bir millət, iki dövlət” prinsipinə əsaslanan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirərək, əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dövlət başçısı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə də telefon danışığı aparıb.

Tokayev dövlət başçısını ad günü münasibətilə təbrik edib.

Telefon danışığında ayrıca ikitərəfli və regional mövzular müzakirə olunub.



Seçilən
67
13
trt.net.tr

10Mənbələr