AZ

Hüquq müdafiəçiləri Prezidentə təşəkkür etdi

Hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması ilə bağlı Prezident və Birinci vitse-prezidentə təşəkkür ediblər.

Publika.az xəbər verir ki, Qrupun məlumatında deyilir:

“Hüquq müdafiə Təşkilatları Monitorinq Qrupunun jurnalist Şahnaz Bəylərqızının sağlamlığı nəzərə alınaraq ev dustaqlığına buraxılması xahişini diqqətdə saxlayıb bu gün onu ailəsinə qovuşdurduğuna görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk. Biz öz fəaliyyətimizdə daima konstruktiv dialoqun tərəfdarı olmuşuq və bundan sonra da fəaliyyətimizdə əlimizdən gələni edəcəyik”.

Seçilən
75
12
publika.az

10Mənbələr