MLS-in İntizam Komitəsi "İnter Mayami"nin futbolçuları Lionel Messi və Luis Suaresi cərimələyib.
Publika.az xəbər verir ki, yeni mövsümün müntəzəm çempionatının "Nyu-York Siti" ilə açılış matçının (2:2) fasiləsi zamanı Suares nyu-yorklu müdafiəçi Birk Risa ilə mübahisə edib və onun boynundan yapışıb. Messi də oyundan sonra rəqib komandanın köməkçi məşqçisinə oxşar hərəkət edib.
Hər iki oyunçu rəqibin üzünə, başına və ya boynuna toxunma qaydasını pozduğuna görə cəzalandırılıb. Cərimənin məbləği isə açıqlanmayıb.