AZ

“Microsoft” mobil telefonlar üçün bu sistemi ləğv edir

“Microsoft” korporasiyası “Windows 11” sistemində mobil proqramlar üçün dəstəyi dayandırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə “Windows Latest” nəşri qeyd edib.

"Microsoft" martın 5-də Android üçün "Windows Alt Sistem"i (WSA) texnologiyasını ləğv edəcək. WSA, Android üçün yaradılmış proqramların Windows əməliyyat sistemindən (ƏS) işə salınmasına imkan verən alt sistemdir. Şirkət bundan sonra bu sahəni inkişaf etdirməyəcəklərini qeyd edib.

Bildirilir ki, İT nəhəngi bu yaxınlarda WSA üçün 2407.40000.4.0 yeniləməsini buraxıb. “Yeniləmə heç bir yeni funksiya əlavə etmir və daha çox təhlükəsizliyi təmin edir”, - deyə müəlliflər bildiriblər.

Seçilən
71
1
publika.az

2Mənbələr