AZ

“Microsoft” mobil telefonlar üçün bu sistemi ləğv edir

  “Microsoft” korporasiyası “Windows 11” sistemində mobil proqramlar üçün dəstəyi dayandırmağa hazırlaşır.

Bu barədə “Windows Latest” nəşri qeyd edib.

"Microsoft" martın 5-də Android üçün "Windows Alt Sistem"i (WSA) texnologiyasını ləğv edəcək. WSA, Android üçün yaradılmış proqramların Windows əməliyyat sistemindən (ƏS) işə salınmasına imkan verən alt sistemdir. Şirkət bundan sonra bu sahəni inkişaf etdirməyəcəklərini qeyd edib.

Bildirilir ki, İT nəhəngi bu yaxınlarda WSA üçün 2407.40000.4.0 yeniləməsini buraxıb. “Yeniləmə heç bir yeni funksiya əlavə etmir və daha çox təhlükəsizliyi təmin edir”, - deyə müəlliflər bildiriblər.

Məqalədə deyilir ki, Android üçün "Windows Alt Sistem"i yeni "Windows 11"in əsas xüsusiyyətlərindən biri idi - 2021-ci ildə ƏS-in təqdimatında ona kifayət qədər çox vaxt ayrılıb. Bununla belə, kompüterdə mobil proqramların işə salınması funksiyası tam dörd il ərzində işləmədi. Nəşrin müəllifləri belə nəticəyə gəliblər ki, xoşbəxtlikdən Windows üçün çoxlu üçüncü tərəf emulyatorları və Android proqramları ilə işləmək üçün xidmətlər hazırlanıb./publika.az  

Seçilən
55
1
referans.az

2Mənbələr