Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) fevralın 26-da vakant vəzifələrin tutulması üçün keçirilən müsahibənin nəticələri açıqlanıb.
Bu barədə Publika.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, vakant vəzifələrin tutulması üçün keçirilən müsahibədə 16 namizəddən biri iştirak etməyib:
"Digər 15 nəfərdən yeddisi müsahibədən keçib, səkkizi isə zəruri keçid balını toplaya bilməyib".