Bakı, 26 fevral, AZƏRTAC
Təəssüflər olsun ki, bəşər tarixi XX əsrin son akkordlarını böyük miqyaslı növbəti bir qanlı faciə ilə yekunlaşdırdı. Bu, erməni faşistlərinin və onların havadarlarının azərbaycanlılara qarışı Xocalıda həyata keçirdi qətliam idi. Bu qətliam bütöv bir əsr ərzində azərbaycanlılara qarşı törədilən qətliamların davamı olsa da, müstəqilliyimizi, suverenliyimizi qəsb ertməyə çalışanların son cəhdləri və siyasi-mənəvi məğlubiyyətlərinin başlanğıcı oldu.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı deyib. O bildirib ki, Xocalı qətliamını törədənlər sırasında Azərbaycanın torpaqlarına göz dikən erməni işğalçıları ilə yanaşı, müstəqilliyimizə düşmən münasibət göstərənlər də yer alırdı: “Necə ki, onlar bu cinayətləri, 1918-ci ildə azərbaycanlılara qarşı mart soyqırımında törətmişdilər. 1990-cı ilin 20 yanvar faciəsi ilə əlləri Azərbaycan xalqının qanına batmışdı. Bunlar Azərbaycanın Qarabağ bölgəsinin işal olunmasında erməni faşistləri ilə eyni cərgədə yer almışdılar. Bu cinayətkarların son cəhdləri isə 1992-ci ilin fevral ayında oldu.
1992-ci il fevralın 26-na keçən gecə Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan və Xankəndində yerləşən 366-cı rus motoatıcı alayın - mayor Seyran Ohanyanın komandanlığı altındakı 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Şitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşikinin iştirakı ilə Xocalı şəhərinə vəhşicəsinə hücum təşkil edilərək soyqırımı cinayəti həyata keçirildi. Bu qırğının nəticəsində 613 nəfər həlak oldu. Qətl edilənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Bu qırğınlar nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi, 487 nəfər isə yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bəşər tarixində az-az təsadüf olunan bu dəhşətli cinayət, bunu törədənlərin təkcə müztəqilliyimizə, suverneliyimizə qəsdi deyildi, eyni zamanda, Azərbaycan xalqına xəyanəti idi. Bu xəyanət II Dünya müharibəsində Azərbaycan nefti və digər resursları ilə faşizm üzərində qələbə qazananların xəyanəti idi, 70 illik bir dövrdə mədəniyyətimizi, mənəviyyatımızı, təbii resurslarımızı, iqtisadiyyatımızı, intelektul potensialımızı somuranların xəyanəti idi. Necə ki, bu xəyanət 1937-ci il repressiya, 1947-1953-cü illər deportasya dövründə və sonrakı dövrlərdə baş vermişdi.
Bu xəyanətlərə baxmayaraq üçlü formula – Xaq-Dövlət-Ordu birliyi bu cinayətlərin qarşısında ləyaqətlə və mətanətlə dayana bildi. Artıq bu xəyanətkarlara, Azərbaycan xalqına qarşı qətliam törədənlərə, Vətən torpaqlarını işğal edənlərə tutarlı və öldürücü cavab verməyin vaxtı çatmışdı”.
Mübariz Ağalarlı 2020-ci ilin sentyabrın 27-də işğalçı düşmənə və xəyanətkarlara qarşı başlayan Vətən müharibəsində Qarabağ canilərinin öz cinayətlərinin və xəyanətlərinin bədəlini ödədiklərini vurğulayıb: “200 illik tarixin gedişatını dəyişən Ali Baş Komandan, Prezident İlham Əliyev “Dəmir Yumruq”la düşmənə öldürücü zərbə, onların havadarlarına böyük mənəvi-siyasi sarsıntı yaşatdı. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu şanlı tarixində yeni bir uğurlu əməliyyat keçirdi və nöqtə qoyuldu. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tamamilə bərpa olundu. Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Xocalıda, Şuşada qürurla dalğalanmağa başladı... Bununla bitmədi. Ali Baş Komandanın dediyi kimi, “işimiz hələ tam bitməmişdi”. Xocalıda qətliam törədənlər ədalət divanında cavab verməli idilər. Bu məqsədlə Azərbaycan Xüsusi Təyinatlılarının keçirdiyi əməliyyat nəticəsində Qarabağ və Xocalıda qətllər törətməkdə təqsirli bilinənlər həbs edilərək Azərbaycanın Ədalət Məhkəməsinə təhvil verildi.
Bu gün dünyada ilk dəfə olaraq onları beynəlxalq məhkəmələr deyil, məhz Milli Məhkəmə - Azərbaycan Ali Məhkəməsi mühakimə edir. Bu Azərbaycan Dövlətinin gücünün, siyasi iradəsini ən bariz göstəricisidir. Bu cinayətlərin azadlıqda qalan təşklatçıları və icraçıları da Azərbaycanın Ədalət Divanında cavab verməli olacaqlar. Azərbaycan xalqı buna əmindir. Çünki Azərbaycan Dövlətinin iradəsi və “Dəmir Yumruq” hələ də qüvvədədir.
Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti öz gücü və siyasi iradəsi, siyasi və mənvi bütünlüyü sayəsində ədaləti bərpa etdi. Lakin Azərbaycan xalqı və gələcək nəsillər heç zaman unutmayacaq ki, Xocalı qətliamının, Qarabağda baş verən çoxsaylı cinayətlərin təşkilatçıları və icraçıları erməni faşistləri və onların hərbi-siyasi qurumları, həmçinin onlara hər cür hərbi-siyasi dəstək verən Rusiyanın o zamankı hakimiyyət dairələri idi. Bu cinayətlərdə erməni və rus siyasi hakmiyyəti bərabər şəkildə hüquqi və siyasi məsuliyyət daşıyır”.