Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz sabah İngiltərəyə səfər edəcək. Cevdet Yılmaz səfər çərçivəsində dünya maliyyə dairələri ilə danışıqlar aparacaq və Londondakı fond idarəçiləri və investorlarla görüşəcək.
Türkiyənin vitse-prezidenti London Birjasında keçiriləcək dəyirmi masa toplantısında maliyyə dairələri ilə bir araya gələcək, həmçinin "Global Türk Capital" tərəfindən təşkil edilən konfransda Türkiyənin 2025-ci ilə dair iqtisadi görünüşü və makro siyasətləri haqqında məlumat verəcək. O, Dünya Türk İş Şurasının Böyük Britaniya üzvləri ilə də görüşəcək.
Məlumatda vitse-prezident C.Yılmazın beynəlxalq fondların menecerləri ilə xüsusi görüş keçirəcəyi də bildirilir. Səfər zamanı, Türkiyə iqtisadiyyatının investorlara təqdim etdiyi imkanlar və qlobal maliyyə dairələri ilə əməkdaşlığın dərinləşdirilməsi barədə mesajların verməsi gözlənilir.