Rusiyanın “Krılya Sovetov” klubunun ətrafında qalmaqal yaşanır.
Publika.az xəbər verir ki, əməliyyatçılar klubun futbolçularının agentlərinin evlərində bir neçə dəfə axtarış aparıblar. Bu barədə “Championat”a vəziyyətlə tanış olan üç mənbə məlumat verib.
“Samara təhlükəsizlik qüvvələri bununla məşğuldur”, – nəşrin mənbələrindən biri əlavə edib.