Ukrayna Vaşinqtonun münaqişənin tezliklə həllinin zəruriliyi ilə bağlı bəyanatları fonunda əhalini səfərbər etmək üçün kampaniyanı gücləndirməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazır.
“Səfərbərliyin sərtləşdirilməsi davam edəcək.Heç kim bundan yaxşı həll yolu tapmayıb”, – adının açıqlanmasını istəməyən yüksək rütbəli Ukrayna rəsmisi deyib.
Nəşr vurğulayır ki, belə bir perspektiv “onsuz da tükənmiş ölkəni parçalamaq riski daşıyır” və eyni zamanda “çağrışçı zabitlərə qarşı daha çox zorakılığa” təhrik edir.
Nigar