Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinəTovuz şəhərində 1 nəfərin (uşaq) mənzildə bağlı qapı arxasındaköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədarFHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetməqüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsizqalmış uşağın xilas olunması təmin edilib.