AZ

Hitlerin fanatı olan döyüşçü turnirdən çəkildi: Şok səbəb - FOTO

UFC döyüşçüsü Brays Mitçel tədbirə bir neçə gün qalmış “Karate Combat 53” turnirindən çəkilib.

Ölkə.az publika.az-a istinadən xəbər verir ki, Mitçel bu qərarını təkcə UFC-də növbəti döyüşə daha yaxşı hazırlaşmaq istəyi ilə deyil, həm də Karate Döyüş liqası rəhbərliyinin davranışı ilə izah edib.

O, turnirin tanıtım materiallarında çox qadın kimi təsvir edildiyini söyləyib.

“Qulağımı təzələdilər, qaşlarım və üzümə sehr etdilər. Özümə bənzəmirəm. Fotoda qadına xas görünürəm və gey deyiləm. Məni homoseksual göstərməyin. Mən axmaq deyiləm”, – Mitçel sosial şəbəkədə yazıb.

Mitçel əvvəllər Adolf Hitlerin siyasətinə rəğbətini ifadə edərkən böyük bir mübahisənin mərkəzinə çevrilmişdi. Bundan sonra o, UFC-dən qovulacağı ilə hədələndi. Lakin UFC rəhbəri Deyn Uayt söz azadlığını əsas gətirərək, onunla müqaviləni ləğv etmədi.

Seçilən
14
1
olke.az

2Mənbələr