1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qarlı hava şəraiti müşahidə edilən Bakıda bir sıra yollarda nəqliyyatın sıxlığı müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.



