Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya ağır cəzaya məruz qalıb.
Offsideplus.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi onu 15 oyunluq diskvalifikasiya edib.
Buna səbəb fevralın 22-də "Oser"lə görüşdə "Marsel" prezidentinin hakimləri rüşvət almaqda günahlandırmasıdır. Belə ki, o, matçın 63-cü dəqiqəsində Derek Korneliusa qırmızı vərəqə göstərən baş hakim Jeremi Stinatın ünvanına "korrupsiya, əsl kossupsiya" sözlərini qışqırıb.
Ötən ay "Marsel"in daha bir rəsmisi cəzaya layiq görülmüşdü. Klubun idman direktoru Mehdi Benatia Fransa kubokunun 1/8 finalında "Lill"ə məğlubiyyətdən (1:1; penaltilərlə 3:4) sonra 3 oyunluq diskvalifiksiya olunmuşdu.