AZ

DGK-nın Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tenderi ləğv edildi

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən PZR reaktivlərin və müxtəlif növ laborator sərf materialların alınması ilə bağlı elan edilən tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 

Buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin ümumi dəyəri 365 894 manatdır.

 

Cabir Həsənov

Tarix: 27 Fevral 2025, 10:06   
Seçilən
59
pravda.az

1Mənbələr