AZ

Jurnalist Şahnaz Bəylərqızı istintaqla əməkdaşlığa razı oldu, ev dustaqlığına buraxıldı

"Toplum TV" işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.

Olaylar.az xəbər verir ki, məlumatlı mənbənin Trend-ə verdiyi xəbərə görə, Ş.Bəylərqızı ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib.

Eyni zamanda, o, bütün sualları cavablandırıb və istintaqla əməkdaşlığa da razı olub.

Mənbə bildirib ki, bütün bunlar nəzərə alınaraq Ş.Bəylərqızı ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, fevralın 5-də həbs edilən Ş.Bəylərqızı qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
105
12
olaylar.az

10Mənbələr