Terror təşkilatı PKK/YPG Suriyada silahdan istifadə səlahiyyətinin dövlətin monopoliyasına buraxılmasını nəzərdə tutan Milli Dialoq Konfransının yekun bəyannaməsini tanımayıb.
Publika.az xəbər verir ki, Fərat çayının şərqindəki qondarma muxtar quruluş paytaxt Dəməşqdə 600-dən çox qonağın iştirakı ilə keçirilən Milli Dialoq Konfransı ilə bağlı açıqlama verib.
Bəyanatda Konfransın suriyalıları təmsil etmədiyi iddia edilərək, onun nəticələrini tanımayacaqları ifadə edilib. Konfransa dəvət edilməyən təşkilat prosesdən kənarda qalmasını da əsas kimi göstərib.
Konfransın yekun bəyannaməsində silahdan istifadə səlahiyyətinin dövlətlə məhdudlaşdırılması, peşəkar milli ordunun yaradılması, rəsmi qurumlardan kənarda olan bütün silahlı birləşmələrin qeyri-qanuni qruplar hesab edilməsi müddəaları yer alıb.