AZ

AYNA: Bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir

Agentlikdən bildirilib ki, qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib.

Qarlı hava şəraitində ictimai nəqliyyatın fasiləsizliyi təmin edilib və əhalinin xidmətindədir.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, bütün marşrutlar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir: “Sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb”.

Həmçinin bildirilib ki, sürücülər əlverişsiz hava şəraitində hərəkət sürətinə nəzarət etmələri, ara məsafəsi saxlamaları və baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olması barədə təlimatlandırılıb: “Ölkənin bütün şəhər və rayonlarında həm şəhərlərarası, həm də şəhərdaxili sərnişindaşıma adi rejimdə davam etdirilir”.

Seçilən
49
9
operativmedia.az

10Mənbələr