Təxminən bir həftədir davam edən qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 347 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Medocona.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, onlardan 163-ü qadın, 184-ü kişidir. Müraciət edənlərdən 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Digər32 nəfərə isə yerində yardım olunub.