AZ

Prezident Ərdoğan Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və Corciya Meloni ilə telefon danışığı aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığı aparıb.

Əl Nəhyan və Meloni prezident Ərdoğanı ad günü münasibilə təbrik ediblər.
Ərdoğan onu ad günü münasibətilə zəng edərək, mesaj göndərərək və ya sosial mediada paylaşım edərək təbrik edənlərə təşəkkür edib.

Ərdoğan sosial media hesabında etdiyi paylaşımda “Ad günüm münasibətilə məni təbrik edən, Türkiyədən və dünyanın hər yerindən səmimi diləklərini çatdıran bütün vətəndaşlarıma, yoldaşlarıma, həmkarlarıma, bütün qardaş və bacılarıma ürəkdən təşəkkürümü bildirirəm” deyib. 

Ölkəyə xidmət etməyin onun üçün böyük şərəf olduğunu vurğulayan Ərdoğan “Bu böyük millətin bir üzvü olaraq ölkəmizə xidmət etmək şərəfinə nail olduğum üçün Allaha şükür edirəm” deyə vurğulayıb.

Prezident Ərdoğan paylaşımında "Allahın izni ilə bu ruh bu bədəndə qaldıqca "daha ədalətli bir dünya" üçün çalışmaya və "hər şey Türkiyə üçün" deyərək yolda irəliləməyə davam edəcəyik. Daha uzun illər birlikdə..." ifadəsindən istifadə edib.



Seçilən
43
trt.net.tr

1Mənbələr