AZ

Türkiyədən Misirə sement ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin yanvar ayında Misirə sement ixracını2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 2 milyon774 min 75 dollara çatdırıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar2025 - yanvar 2024) Türkiyə 4 milyon 309 min 220 dollar məbləğindəsement ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünyabazarlarına sement ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1faiz azalaraq, 319 min 85 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarınasement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faizazalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.

Məqalədə:
Seçilən
42
8
az.trend.az

10Mənbələr