AZ

Pentaqon trans-əsgərləri ordudan qovur

Pentaqon yaxın 30 gün ərzində bütün transseksual hərbçiləri işdən çıxarmağa başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” kanalı məlumat yayıb.

“Diaqnozu və ya anamnezində cinsiyyət disforiyası və ya əlaqəli simptomları olan hərbi qulluqçular hərbi xidmətdən tərxis olunacaq”, - məlumatda bildirilir.

Qeyd olunub ki, onlara vəzifəni saxlamaq üçün şərait yaradılacaq:

“Belə bir şəxs dövlət maraqlarını təmsil etməli və həmçinin son 1,5 ildə açıq-aydın gender kimliyinə malik olduğunu sübut etməli olacaq”.

Seçilən
59
1
axar.az

2Mənbələr