AZ

Axtarışda olan şəxs ölkədən qeyri-adi üsulla qaçmaz istədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fevral ayının 26-da saat 23:04-də Sərhəd Nəzarəti Komandanlığının "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsində dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.
Belə ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Azərbaycandan Türkiyə Respublikası istiqamətinə hərəkətdə olan 1982-ci il təvəllüdlü İsmayılov Müseyib Ramiz oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobilinə baxış zamanı əvvəlcədən hazırlanmış saxlanc yerində gizlənən Azərbaycan Respublikası vətəndaşı - 1988-ci il təvəllüdlü Nicat Ehtiram oğlu Gözəlov aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxsin hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Seçilən
225
1
oxu.az

10Mənbələr