AZ

Natiq Cəfərli etil spirtindən zəhərlənərək ölənlərdən danışdı: İş adamının nə günahı var?

"Son bir həftədə Sabunçu rayonu ərazisində 15 nəfər, Suraxanı rayonu ərazisində isə 1 nəfər, ümumilikdə 16 vətəndaşımız etil spirtindən zəhərlənərək ölüb. Xəbər yayılıb ki, zəhərlənməyə səbəb olan “Starlyuks” adı altında satışa çıxarılan, ölümlərə səbəb olduğu ehtimal edilən mal sahibi, iş adamı həbs edilib. Mən həbsin dəqiq səbəbini bilmirəm, amma, o iş adamı, bəyəm, içmək üçün istehsal edib o məhsulu – yox, kimsə ağılsızlıq edib içirsə, buna iş adamı neyləsin?!".

Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, Real Partiyasının sədri Natiq Cəfərli etil spirti içərək ölənlərin sayının artmasına münasibət bildirərkən deyib. 

O bildirib ki, alkoqollu içkilərin qiymətlərin kəskin artması da insanların kustar üsullarla hazırlanan içkilərə meyllənməsinə gətirib çıxarır: "Yaxşı, tutalım, iş adamının günahı var, bəs hökumət son 5 ildə bir neçə dəfə vergi-aksizləri artıraraq qiymətlərin yüksəlməsinə, bununla da adamların kustar, sağlamlığa ziyan vuracaq içkilərə yönəldiyinə görə məsuliyyət daşıyırmı?! Suallara cavab verən tapılacaqmı?!

2 il əvvəl mediaya açıqlama vermişdim. Sitat: “Spirtli içkilərlə bağlı daha təhlükəli məsələ var. Rəsmi istehsalçıların məhsullarının qiymətinin  kəskin artması, bazara kustar üsullarla istehsal olunmuş məhsulların çıxmasına yol aça bilər ki, bu da insanların həyatı üçün çox təhlükəlidir. Bir müddətdən sonra zəhərlənmə, hətta ölüm hallarına gətirib çıxara bilər. Ona görə də hökumətlər burada çox diqqətli davranmalıdırlar. Əgər hər il və 6-7 aydan bir qiymətlərin sürətlə artması baş verəcəksə, insanların sağlam həyat tərzini təşviq etmək əvəzinə insanların sağlamlığına ciddi ziyan vura biləcək məqamlar da yarana bilər”.

Nigar,

Sitat.info

Seçilən
65
sitat.info

1Mənbələr