AZ

Quş qripi ilə mübarizə üçün 1 milyard dollar vəsait xərclənəcək

RƏSMİ AÇIQLAMA
ABŞ quşları arasında üç ildir davam edən quş qripi epidemiyası 2022-ci ildən bəri 166 milyon toyuğun tələfinə səbəb olub. Bu səbəbdən də ölkədə yumurta qiymətləri çox bahalaşıb, deyə ABŞ Kənd Təsərrüfatı Departamentindən məlumat verilibb.
ABŞ-nin Kənd Təsərrüfatı Naziri Bruke Rolins çərşənbə günü bildirib ki, Birləşmiş Ştatlar yumurta idxalını artırmaq da daxil olmaqla quş qripinin yayılması ilə mübarizə üçün 1 milyard dollara qədər sərmayə qoyacaq.
2024-cü ilin əvvəlindən virusa həmçinin 1000-ə yaxın südlük mal-qara və 70-ə yaxın insan yoluxub, onlardan biri ölüb.
ABŞ Kənd Təsərrüfatı Departamenti fermalarda pulsuz biotəhlükəsizlik auditinin aparılması üçün 500 milyon dollara qədər və quş qripi səbəbiylə toyuqlarını öldürməli olan fermerlərə ödəniş dərəcələrini artırmaq üçün 400 milyon dollara qədər vəsait ayıracaq, deyə Rolins dövlət kənd təsərrüfatı rəsmilərinin konfransında bildirib.

Seçilən
101
medicalmedia.az

1Mənbələr