Yazını böyüt
Yazını kiçilt
Bakıda daha bir nəfər spirtdən zəhərlənərək ölüb.
Hafta.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş İbrahim oğlu Kərimov spirtdən zəhərlənərək ölüb.
Onun etil spirtindən zəhərlənərək öldüyü bildirilir.
Qeyd edək ki, son günlər Bakıda spirtdən zəhərlənərək ölənlərin sayı 20-ni keçib.