AZ

Lukaşenko Putinlə görüşəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya səfər etməyi və rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Publika.az xəbər verir ki, o, bu barədə BELTA agentliyinə müsahibəsində bildirib.

Lukaşenko gələn həftə rəsmi səfər etməyi planlaşdırdığını qeyd edib.

“Biz görüşəcəyik və bütün məsələləri ətraflı müzakirə edəcəyik”, - deyə Belarus prezidenti vurğulayıb.

Seçilən
60
1
publika.az

10Mənbələr