Bakı. Trend:
Böyük Britaniyada Xocalı soyqırımının 33-cü ildönümünə həsrolunmuş genişmiqyaslı məlumatlandırma aksiyası keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri,Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan DiasporTəşkilatlarının Koordinasiya Şurasının üzvü Fəridə Pənahovanıntəşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyiləXocalı həqiqətlərini əks etdirən LED ekranlı maşınlar London vəEdinburq şəhərlərində hərəkət edib, eləcə də, əhalinin sıxtoplaşdığı məkanlarda, rəsmi qurumların binaları qarşısındadayanaraq soyqırımı ilə bağlı vacib məlumatları ictimaiyyətindiqqətinə çatdırıb.
Qeyd edək ki, əvvəllər olduğu kimi, bu il də Böyük Britaniyadahəyata keçirilən aksiya geniş ictimai maraq doğurub. Xocalısoyqırımının 33-cü ildönümünə həsr olunmuş bu tədbir Azərbaycanhəqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması,soyqırımın tanıdılması və erməni işğalçılarının törətdiyicinayətlərin dünya miqyasında ifşa edilməsi baxımından mühüməhəmiyyət kəsb edir.