"Gəncə"ni qələbə münasibətilə təbrik edirəm. Yaxşı komplektləşmiş komandadır. Hərçənd biz də pis oynamadıq".
Sportinfo.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının XV turunda "Gəncə"yə 81:90 hesabı ilə məğlubiyyəti şərh edib:
"Millinin oyunları ilə əlaqədar çempionatda yaranan fasilə bizə düşmədi. Bu müddət ərzində iki oyunumuz möhkəm xəstələndi.
Həmişə olduğu kimi yenə də 4 legionerlə oynadıq və bu da bizə çətindir. Tərslikdən 4-cü periodun əvvəlində Zayon Yanq cəzalı vəziyyətə düşdü.
Bunun nəticəsində görüşü 3 legioner və 2 yerli ilə bitirdik. İstənilən halda layiqli mübarizə apardıq.
Hakimlik haqda onu deyim ki, bu gün bəzi məqamlarda diqqətsizlik etdilər. Səhvləri sırf diqqətsizlikdən oldu.
Bu da nəticəyə təsir göstərdi. Yəni sona qədər arada fərq belə də qaldı".
"Sumqayıt" mövsümdə 10-cu dəfə uduzub.