AZ

Klub rəsmisi Ukraynaya qayıtmadı

“Karpatı” futbol klubunun baş direktorunun xarici əlaqələr üzrə müavini Oleq Avdyuş komandanın Türkiyədəki təlim-məşq toplanışından sonra Ukraynaya qayıtmayıb.

Publika.az xəbər verir ki, bu barədə “tribuna.com” məlumat yayıb.

Xarici əlaqələr üzrə baş direktorun müavini Oleq Avdış istisna olmaqla “Karpatı” futbol klubunun bütün əməkdaşları (məşqçilər, oyunçular və heyət) Ukrayna ərazisinə qayıdıblar.”, – Lvov klubunun açıqlamasında deyilir.

Avdyuşun 25 yaşı var. O, 2024-cü ilin oktyabrında baş direktorun müavini vəzifəsinə başlayıb. Bundan əvvəl o, klubda idman məsləhətçisi işləyib.

Seçilən
41
9
publika.az

10Mənbələr