AZ

Qubada mediasiya sahəsində maarifləndirici görüş keçirilib - FOTOLAR

27 fevral 2025-ci il tarixində Quba Rayon İcra Hakimiyyəti və Quba 1 saylı MT-nın birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində mediasiya sahəsində maarifləndirmə məqsədilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. Görüş zamanı Quba 1 saylı mediasiya təşkilatının rəhbəri Hümmət Əliyev tərəfindən iştirakçılara mediasiyanın cəmiyyətimiz üçün əhəmiyyəti və yerli idarəetmədə tətbiqi barədə geniş məlumat verilib.

Seçilən
79
qht.az

1Mənbələr