"Messi penaltiləri daha yaxşı yerinə yetirmək istəyirdi. Bunu ona mən öyrətmişəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri hazırda Braziliya yığmasının və "Santos" klubunun üzvü Neymar deyib.

33 yaşlı hücumçu dünyanın ən yxşı futbolçularından sayılan Lionel Messiyə köməyindən danışıb: "Bir dəfə məşqdə Messi məndən soruşdu: "Penaltini belə vurmaq səndə necə alınır?" Cavabında "Sən dəli olmusan? Sən ki Messisən, əgər mən bunu bacarıramsa, deməli sən də bacararsan" dedim. Sonra mən onu öyrətməyə başladım və o, 11 metrlik nöqtədən zərbələri dəqiq yerinə yetirmək üçün çoxlu məşqlər etdi".

Xatırladaq ki, Neymar və Messi "Barselona" və PSJ klublarında birgə oynayıblar.