AZ

ADA Universitetinin “Xəzər Hövzəsi Araşdırmaları” Proqramı başa çatıb

Bakı. Trend:

ADA Universitetinin İxtisasartırma Proqramının ənənəvi olaraqhər il təşkil etdiyi "Xəzər Hövzəsi Araşdırmaları" proqramıfevralın 27-si başa çatıb. Bu münasibətlə keçirilən məzun günündə19 ölkəni təmsil edən və Azərbaycanda yeni fəaliyyətə başlayandiplomatlara sertifikatları təqdim edilib.

Proqramın fevralın 17-də baş tutan Açılış mərasimində çıxış edənADA Universitetinin Akademik işlər üzrə Prorektoru Dr. ElkinNurməmmədov və onun müşaviri, İxtisasartırma Proqramının rəhbəriAygün Hacıyeva Universitetin yeni ixtisaslarından,nailiyyətlərindən, ümumilikdə Azərbaycan Diplomatik AkademiyasındanADA Universitetinə qədər olan inkişaf yolundan bəhs ediblər.

Onlar "Xəzər Hövzəsi Araşdırmaları" proqramının yeni mərhələsinitəqdim edərkən bildiriblər ki, məqsəd Azərbaycanda akkreditəolunmuş diplomatik korpusun nümayəndələrini regional yeniliklərbarədə məlumatlandırmaq, onların bölgə ilə bağlı biliklərinidərinləşdirmək və ölkəmizi tanıtmaqdır. Əlavə edilib ki, ildə birneçə dəfə keçirilən proqramında indiyədək 108 ölkədən 500-dəkdiplomat iştirak edib.

Qeyd edək ki, proqramın son günü Azərbaycan RespublikasıPrezidentinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi, səfir ElçinƏmirbəyovun "Azad Olunmuş Qarabağın Bərpası və Regionda SülhQuruculuğu Prosesi" mövzusundakı dəyirmi masa müzakirəsi iləyekunlaşıb. Çıxışçı regional sabitlik və təhlükəsizliyə, habelədavamlı sülhə nail olmaq üçün aparılan danışıqlar prosesindən vəatılan addımlardan bəhs edib, iştirakçıların çoxsaylı suallarınıcavablandırıb.

Proqramla bağlı təəssüratlarını bölüşən diplomatlar bildiriblərki, ADA Universitetinin professor heyəti, Xarici İşlər Nazirliyi vəQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininyüksək vəzifəli nümayəndələri, eləcə də yerli beyin mərkəzinin,SOFAZ və BP kimi qurumların ekspertləri tərəfindən keçirilənsessiyalar onlara Azərbaycanı daha yaxından tanımağa fürsətverib.

Qeyd edək ki, "Xəzər Hövzəsi Araşdırmaları" proqramı ərzindəiştirakçılar fərqli mövzulardakı interaktiv müzakirələrdə iştirakediblər, ölkəmizlə bağlı strateji məsələlər üzrə çıxışlarıdinləyiblər, fikir mübadiləsi aparıblar.

Xəzər Hövzəsi ölkələrindən, xüsusilə Qazaxıstan vəTürkmənistandan olan diplomatlar bu regionu təmsil edən diplomatqismində öz fikirlərini paylaşıblar.

Həmçinin, ABŞ, Meksika, Kolumbiya, Almaniya, Niderland,Macarıstan, Koreya, Türkiyə, İordaniya və İsrail kimi fərqliregionlardan olan ölkələri təmsil edən diplomatlar da proqramərzində öz yanaşmalarını, təcrübələrini bölüşüblər.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Seçilən
85
2
az.trend.az

3Mənbələr