AZ

Kolumbiya HDQ-nin yeni freqatı “Saab” sistemləri ilə təchiz olunacaq

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) yeni freqatı “Saab” şirkətinin sistemləri ilə təchiz olunacaq.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bunun üçün “Damen Naval” şirkəti ilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Plataforma Estratégica de Superficie” (PES) proqramı çərçivəsində “Damen Naval” tərəfindən Kolumbiya HDQ üçün inşa olunan yeni freqat “Saab”ın 9LV döyüş idarəetmə sistemi, 9LV atəşi idarəetmə sistemi, EOS 500 sensorları, “Ceros 200” və “Sea Giraffe 4A” radarları ilə təchiz ediləcək.

Qeyd olunub ki, Kolumbiya HDQ-nin yeni freqatının dizaynı “Damen Naval”ın SIGMA 10514 seriyasına əsaslanır. Freqatın 2030-cu ildə təhvil verilməsi planlaşdırılır.

Seçilən
54
poliqon.az

1Mənbələr