Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə paylanılıb.
Bu barədə APA-ya Azərbaycanın Suriyadakı Səfirliyindən bildirilib.
Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.
