AZ

Azərbaycanlı hücumçunu indi də Gürcüstan və Belçika klubu istəyir

"Dinamo"nun Azərbaycanəsilli hücumçusu Yusuf Mehtiyev Gürcüstanın yüksək liqa klublarının və Avropa təmsilçilərinin maraq dairəsindədir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, gənc hücumçu Gürcüstan yüksək liqasına yeni vəsiqə qazanmış "Qareji" və "Telavi"nin transfer siyahısındadır.

Belə ki, hər iki klub gənc hücumçunu bir mövsümlük icarəyə götürmək istəyib. "Dinamo" isə onu buraxmaq niyyətində olmayıb.

Belə ki, Gürcüstan nəhəngi Mehtiyevin xidmətindən özü yararlanmaq istəyir.

Yusufu heyətinə qatmaq istəyən digər klub isə Belçikanın "Gent" klubudur. İki il öncə Yusuf həmin klubun aşağı yaş qruplarından ibarət heyətində baxışda olub və bəyənilib. Onun bu yay yenidən Belçikaya yollana biləcəyi gözlənilir.

Mehtiyev ötən il son turda "Dinamo"nun əsas komandasında əsas heyətində debüt etmişdi. Onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Seçilən
30
49
sportinfo.az

10Mənbələr