AZ

® “Pro Sport Gimnastika Klubu”nda “Açıq qapı” günü: FCHAIN-in gənc gimnastı Züleyxa Şabanova ilə görüş

Bu günlərdə “Pro Sport Gimnastika Klubu” qapılarını ictimaiyyətə açaraq gimnastikada uğur qazanmaq üçün tələb olunan məşq və fədakarlığın pərdəarxası görüntüsünü təqdim edib. Bu xüsusi tədbir klubun yüksələn ulduzlarından biri, “Financial Chain Corporation” (FCHAIN) tərəfindən rəsmi şəkildə dəstəklənən Züleyxa Şabanova ilə görüşmək imkanı yaratdığı üçün daha da əlamətdar olub.

FCHAIN-in PR meneceri Günel Musa, qrafik dizayner Leyla Gülami və İdarəedici Tərəfdaşın köməkçisi Nərmin Məmmədova, valideynlər və idman həvəskarları müasir təchiz olunmuş məşq zalında səmimi qarşılanıb, burada idmanı səciyyələndirən intizam və əzmin canlı şahidi olublar. Tədbirin əsas məqamı Züleyxa Şabanovanın əsrarəngiz çıxışları olub. Onun zərifliyi, gücü və texniki bacarığı tamaşaçıları valeh edib.

Ölkə idmanının inkişafını dəstəkləyən şirkət olaraq FCHAIN, Züleyxanın mükəmməlliyə gedən gimnastika yolunda onun rəsmi sponsoru olmaqdan qürur duyur. Şirkətin sponsorluğu, gənc idmançıların inkişafına töhfə vermək və onların potensiallarını tam şəkildə reallaşdırmaları üçün lazım olan resursları təmin etmək öhdəliyini əks etdirir.

“Biz yeni nəsil istedadları dəstəkləməyin vacibliyinə inanırıq və Züleyxanın idmana olan bağlılığı, sədaqəti və zəhməti bu dəstəyə daha da təkan verir. Onun bu yolda irəliləyişinə şahid olmaq və dəstək vermək bizim üçün böyük ilham mənbəyidir”,- deyə görüşdə çıxış edən FCHAIN-in PR meneceri Günel Musa bildirib.

“Açıq qapı” günü yalnız istedadın nümayişi deyil, həm də gənc idmançıları öz arzularını reallaşdırmağa ruhlandırmaq məqsədi daşıyıb. “Pro Sport Gimnastika Klubu”nun məşqçiləri Leyla Hüseynli və Samirə Səlimzadə, dözümlülüyün əhəmiyyəti və idman karyeralarında sponsorluğun rolu barədə dəyərli fikirlərini bölüşüblər.

Qeyd etmək lazımdır ki, FCHAIN kimi şirkətlərin davamlı dəstəyi ilə Züleyxa Şabanova kimi gənc istedadlar öz potensiallarını tam şəkildə üzə çıxarmaq və gimnastika dünyasında yeni uğurlar əldə etmək üçün geniş imkanlara sahib olurlar.

 

Seçilən
37
azertag.az

1Mənbələr