“Atletiko”nun sabiq futbolçusu Paulu Forte açıqlama verib.
Futbolpress.az xəbər verir ki, “sport.es” saytına danışan keçmiş oyunçu “Barselona”nın vingeri Lamin Yamalın “qızıl top”u qazanmaq şansından söz açıb:
“Yamal fenomendir. Belə gənc yaşda güclü xarakterə sahib olması inanılmazdır. Düşünürəm ki, gələcəkdə bir neçə dəfə “qızıl top”u qazana biləcək”.
Yamal bu mövsüm La Liqada 22 oyunda 5 qol vurub, 12 məhsuldar ötürmə edib.