Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında bildirib.
Sədr qeyd edib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib: “Bakı Bəyyanaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”.
Firuzə Əliyeva