AZ

Azərbaycanın Milli Qəhrəmanı - şəhid mayor Elman Hüseynovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elman Süleyman oğlu Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində "leytenant" rütbəsində zabit kimi xidmət edib. 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri təyin olunub. O, Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib və şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Elman Hüseynov 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə mayor Elman Süleyman oğlu Hüseynov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
97
qht.az

1Mənbələr