Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat olub.
Agentliyin sədri Elnur Bağırov özünə müşavir təyin edib.
Bu vəzifə İlqar Həsənova həvalə olunub.
O, 2022-ci ilin dekabr ayından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşma İnstitutunda fəaliyyət göstərib.