
75 yaşlı amerikalı müğənni Billi Ceyl konsert zamanı səhnədə yıxılıb. Bu barədə Daily Mail məlumat verib.Ceyl Konnektikut ştatının Stamford şəhərindəki «Mohegan Sun» kurortunda çıxış edirdi və «It's Still Rock and Roll to Me» mahnısını ifa edərkən balansını itirərək arxası üstə yıxılıb. Bu, mikrofonu atdıqdan sonra baş verib — izləyicilərin müşahidələrinə görə, mikrofon dayaq kimi istifadə edilirmiş.Müğənninin ayağa qalxmasına qrupu kömək edib, o, şouyu sona qədər davam etdirib, izləyiciləri üçün daha bir mahnı oxuyub.«O, çox zəif görünürdü və səhnədə çətinliklə hərəkət edirdi. Mən həqiqətən bütün konsert boyu onun üçün çox narahat oldum», — deyə sosial şəbəkə istifadəçilərindən biri paylaşıb.Səidə
Diqqət Çəkənlər
Həyatınızı dəyişdirəcək 3 vərdiş
Fidan: Avropa təhlükəsizliyinin əsasları sarsılıb
Kim Çen İn müharibəyə hazırlaşmağa çağırıb