AZ

IFC yaxın 5 ildə Azərbaycana dəstəyi 500 milyon dollara çatdırmaq istəyir

Yaxın 5 ildə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan üzrə maliyyələşdirməni 200-500 milyon ABŞ dollarına çatdıra bilər. 

“İki sahil” xəbər verir ki, bu barədə "Report"a Bankdan bildirilib. 

Məlumata görə, IFC həmçinin Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə əməkdaşlıq edir. Fond IFC-nin Aktivlərin İdarəedilməsi Şirkətinin öhdəliyində olan 3 fonda 350 milyon ABŞ dolları sərmayə qoymaq barədə öhdəlik götürüb. Bundan başqa, tərəflər yeni tərəfdaşlıq imkanlarını nəzərdən keçirirlər.

Hazırda IFC Azərbaycanda 7 layihə icra edib, o cümlədən “Access Bank” QSC və “Bank Respublika” ASC-nin nizamnamə kapitalında pay sahibidir. Korporasiyanın maliyyələşdirdiyi ayihələrin ümumi dəyəri 47 milyon ABŞ dolları təşkil edir.

IFC Dünya Bankının struktur bölmələri olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyi (MIGA) ilə birlikdə Azərbaycanda bərpa olunan enerji, nəqliyyat, maliyyə, su ehtiyatları (duzsuzlaşdırma daxil olmaqla), rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, mobillik və Orta Dəhlizin inkişafı kimi sahələrdə fəaliyyət göstərmək üçün investisiya və konsultasiya imkanlarının axtarışını davam etdirəcək.

MIGA öz növbəsində, Dünya Bankı qrupunun zəmanət platforması vasitəsilə enerji, su resursları, şəhər nəqliyyatı və Orta Dəhliz infrastrukturu sahələrində Azərbaycan hökumətini və dövlət müəssisələrini dəstəkləmək niyyətindədir.

Yaxın 5 ildə IFC və MIGA əlaqələndirilmiş, mərhələli və qarşılıqlı əlaqəli investisiyalardan istifadə edərək enerji və su təchizatı üzrə birgə proqramlar yaradılmasına xüsusi diqqət yetirməyi planlaşdırır. Korporasiya özəl sektorla fəal şəkildə əməkdaşlıq edərək maliyyələşdirmə, dövlət-özəl tərəfdaşlığı, birbaşa xarici investisiyaların cəlb edilməsi və digər dəstək formaları vasitəsilə islahatlar imkanlarından maksimum istifadə etməyə kömək edəcək.

Xatırladaq ki, IFC son 30 ildə 60-dan çox layihənin maliyyələşdirilməsi üçün Azərbaycana 800 milyon ABŞ dollarından çox sərmayə yatırıb. IFC-nin kapitalında ölkənin payı 0,12 %-dir (28 852 səhm), hökumət bu səhmlərə abunə yazılışı üçün 21,516 milyon ABŞ dolları ödəyib. 

Seçilən
44
2
ikisahil.az

3Mənbələr