Türkiyəli aparıcı Nursel Erginin bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkdiyi ortaya çıxıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanal D ekranlarında yayımlanan “Gelinim mutfakta” proqramının aparıcısı Nursel Ergin ani bir qərarla verilişdən ayrılmışdı. Onun bu addımı hər kəsi təəccübləndirmiş və marağa səbəb olmuşdu.
Artıq əvvəlki kimi ictimaiyyət arasında görünməyən aparıcının 8 aydır süd vəzi və uşaqlıq boynu xərçəngi ilə mübarizə apardığı məlum olub.
Məlumata görə, 44 yaşlı Ergin artıq xərçəng xəstəliyinə qalib gəlib və yeni proqramı ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.







