İspaniya yığmasının və "Barselona"nın sabiq futbolçusu Jerr Pike oyun qaydaları ilə bağlı qeyri-adi təklif irəli sürüb.

Offsideplus.az xəbər verir ki, o, futbola azarkeş marağını, baxımlılığı artırmaq üçün qolsuz bitən matçlarda komandalara xal verilməməsini istəyir.

"Siz 100, 200 və 300 avro xərcləyib stadiona gəlirsiniz, oyun 0:0 hesabı ilə başa çatır. Dəyişiklik labüddür. Əgər qarşılaşmada qol vurulmayacaqsa, tərəflərə xal verilməsin Onda görəcəksiniz ki, 70 dəqiqədən sonra komandalar rəqib qapısına yol tapmaq üçün necə çalışır" - deyə Pike bildirib.

İspaniyalı futbolçu Avropanın ən güclü 5 çempionatına da diqqət yönəltməyi vurğulayıb. Məsələn, A seriyasında "Yuventus" cari mövsüm keçirdiyi 26 matçdan yarısını heç-heçə oynayıb.