AZ

PKK-ya Yardım ABŞ-Türkiyə Münasibətlərinə Zərər Verir - Hakan Fidan

BAKI,TurkicWorld

ABŞ-ın PKK-ya dəstək verməsi bizim üçün milli təhlükəsizlik təhdididir və bu məsələ ABŞ-Türkiyə münasibətlərinə zərər verir.

TurkicWorld xəbər verir ki, bu barədə Fidan Əl-Cəzirə Ərəbicə kanalına verdiyi müsahibədə deyib.

"Xüsusilə Suriyada İŞİD-lə mübarizə çərçivəsində ABŞ-ın PKK-ya dəstək vermək məcburiyyətindən uzaqlaşmalı və bu siyasətini yenidən nəzərdən keçirməlidir" – deyə nazir bildirib.

Nazir Fidan qeyd edib ki, ABŞ və Avropa ölkələri PKK/YPG-nin həbsxana xidmətindən istifadə edərək bu terror təşkilatına dəstək verirlər. O, həmçinin vurğulayıb ki, PKK Suriyanın üçdə birini işğal edib və bu ərazilərin əksəriyyəti ərəb şəhərlərindən ibarətdir.

Türkiyə Suriyada yeni administrasiyaya, bütün vətəndaşlara bərabər konstitusiya vətəndaşlığı hüququnun təmin edilməsini tövsiyə edib. Onun fikrincə bu addım cəmiyyətin sülhünə böyük töhfə verəcək.

Fidan əlavə edib ki, sülhün ikinci əsas prinsipi qanuni dövlət orqanları istisna olmaqla, heç bir qrupun silah daşımamasıdır.

Nazir həmçinin vurğulayıb ki, İraq, Türkiyə və İrandan olan PKK terrorçularının Suriyada sığınacaq tapması bu üç ölkənin ərazi bütövlüyü üçün ciddi təhlükə yaradır. O, problemin həll edilməsinin vacibliyini bir daha qeyd edib.

Qeyd edək ki, dünən PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm.",- deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib

Seçilən
60
50
turkic.world

10Mənbələr