AZ

Aİ Hindistanla ən böyük sövdələşməyə imza atmaq istəyir

“Avropa İttifaqı və Hindistan 2025-ci ildə azad ticarət sazişi imzalamağı planlaşdırır”.

Editor.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. Onun sözlərinə görə, bu saziş dünyada belə ən böyük sövdələşmədir.

Xatırladılıb ki, Yeni Dehli və Brüssel 2007-ci ildən oxşar sazişlə bağlı danışıqlar aparır. 2013-cü ildə tərəflər Avropa avtomobilləri, şərablar və süd məhsulları üçün gömrük rüsumlarının aşağı salınması kimi məsələlərdə irəliləyişə nail ola bilmədikdən sonra proses dayandırılıb. Danışıqlar 2022-ci ildə bərpa olunub.

Qeyd edək ki, Hindistan Ticarət Nazirliyinin məlumatına görə, Aİ Hindistanın ən böyük iqtisadi tərəfdaşıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
96
28
editor.az

10Mənbələr