AZ

Martın ilk günü hava necə olacaq?

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında martın 1-də bəzi yerlərdə arabirqar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə vəsəhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalıvar.

Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyiaxşam mülayimləşəcək.

Havanın temperaturu gecə -3 dərəcədən -5 dərəcəyədək, gündüz 0dərəcədən -3 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 769 mm civəsütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 %olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qaryağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalıvar. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabirduman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz +1dərəcədən +5 dərəcəyədək, dağlarda gecə -10 dərəcədən -15dərəcəyədək, yüksək dağlıq ərazilərdə -16 dərəcədən -21dərəcəyədək, gündüz -2 dərəcədən -7 dərəcəyədək olacaq.

Ölkə ərazisində bəzi yollar buz bağlayacaq

Seçilən
48
49
az.trend.az

10Mənbələr