AZ

DİM vakansiya elan etdi: bu vəzifələrə işçi axtarır

Dövlət İmtahan Mərkəzinin (DİM) E-imtahanlar və müsahibələrin təşkili departamentində məsləhətçi və baş məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edilib.TehsilForumu.Az xəbər verir ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib. Vakansiyaüzrə müraciət etmək istəyən şəxslər "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində “Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində baş məsləhətçi” qeyd etməklə [email protected] elektron poçt ünvanına 13 mart 2025-ci il tarixinədək göndərə bilərlər.Müraciət edənlər həmçinin daha detallı məlumat təqdim etmək üçün verilən hiperkeçiddə xüsusi qeydiyyat formasını da doldurmalıdırlar.

Seçilən
41
4
tehsilforumu.az

5Mənbələr